Sevgilisini dişləyərək bu hala saldı-Foto

media-hightechnic-468x90

78490İngiltərədə “maraqlı” cinayət baş verib.

Qısqanc sevgili qarşı tərəfi dişləyərək xəstəxanalıq edib. Belə ki, 23 yaşlı Ris Kalli sevgilisi Şantil Vorddən xəyanətdə şübhələnib. Oğlan gənc qızın evinə gələndən sonra cütlük dalaşmağa başlayıblar.

Ris facebook-da tanımadığı şəxsin profilində sevgilisinin şəklini görür. Bir neçə dəqiqə sonra isə həmin fotonun silindiyini başa düşür. Telefonu qızın əlindən alan gözüdönmüş Ris sevgilisinin saçından dartmağa və onu döyməyə başlayır.

Şantil ondan qaçmağa çalışdığı vaxt isə oğlan sevgilisini üst dodağından dişləyib. Xəstəxanaya aparılan qızın dodağına bir neçə yerdən tikiş vurulub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600