Sevgilisinin cəsədiylə 4 gün yaşadı
YENİCAG.AZ xəbər verir ki, Türkiyənin Uşak əyalətində yaşayan 58 yaşındakı Cümə K. adlı şəxsin, boğaraq öldürdüyü, eyni zamanda birlikdə yaşadığı Kazak əsilli Türk vətəndaşı 36 yaşındakı Gülnar Maldaxanovanın cəsədiylə evdə 4 gün yaşadığı ortaya çıxdı.
Uşak Təhlükəsizlik qrupları, Atatürk məhəlləsi 1. Balcı Küçəsindəki bir evdən pis qoxular gəldiyi xəbəri ilə, çərşənbə axşamı hərəkətə keçib. Qeyd edilən ünvana gedən polis qruplarına qapını daha öncə adam öldürmək cinayətindən 11 il həbs cəzası çəkən və 14 ay əvvəl azad edilən Cümə K., açıb.
Cümə K., içəridən gələn pis qoxunun səbəbini soruşan polislərə, yeməyi yandırdığını söyləyib. Lakin onun sözlərinə inanmayan polislər, evə daxil olduqda yataq otağında Kazak əsilli Türk vətəndaşı olan Gülnar Maldakhanova’nın (36) göyərmiş və şişmiş cəsədiylə qarşılaşıblar. Daha sonra Cümə K. saxlanılıb. Polisə ifadə verərək, günahını etiraf edən Cümə K., içkili məkanlarda işləyən Gülnar Maldakhanova ilə bir müddətdir birlikdə yaşadıqlarını deyib, “İkimizdə içkili idik. Aramızda mübahisə başladı. Boğaraq öldürdüm. Cəsədin üzərini yorğanla örtdüm. Əlimdə tapançayla 4 gün evdə gəzib, intihar etmək istədim. Ancaq, cəsarət edə bilmədim ” deyib.
Faktla bağlı araşdırma aparılır.