“Sevil” massivinin payçıları aksiyaya hazırlaşır

media-hightechnic-468x90

76284“Sevil massivi” MMC-nin rəhbəri Hacı Aynur Zeynalovun həbsi payçıları təşvişə salıb.

Torpaq alan və ev tikən vətəndaşlar növbəti etirazlara hazırlaşır. Mülk sahibləri Hacı Aynurun həbsindən sonra hər ay kredit ödəsələr də, pullarının batacağından qorxurlar. Buna görə də MMC-nin yerləşdiyi ərazidə toplanıb etiraz olunacağı gözlənilir.

Sakinlər arasında pulunu geri almaq istəyənlər də var. Amma onlara bildirilib ki, tələsməsinlər, problem həll olunacaq. Payçılarsa buna inanmır. Onlar şirnikləndirici reklam lövhələrinin qurbanı olduqlarını hesab edirlər. Sakinlərə bildirilib ki, rəhbər həbsdə olsa da, şirkətin başına başqa şəxs keçəcək və narahatlıqlara son qoyulacaq.

Xatırladaq ki, A.Zeynalov vergidən yayınma ittihamı ilə həbs edilib və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İddiaya görə, o sələfi təriqətinin üzvü olub. (axar.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600