Seymur Orucov 11 ayda 1,3 milyon manatı nəyə xərcləyib? – şübhəli tender əməliyyatları

media-hightechnic-468x90

Seymur Orucovun rəhbərlik etdiyi Ağstafa Rayon İcra Hakimiyyəti və ona tabe qurumların cari ildə keçirdiyi tenderlər diqqət çəkir.

Araşdırmalar göstərir ki, abadlıq və təmir adı ilə bağlanan müqavilələrin ümumi dəyəri 1 milyon 297 min 352,55 manat təşkil edir. Bu vəsaitlərin hansı əsaslarla seçilən şirkətlərə verilməsi mübahisəli məqamlarla yadda qalır. Belə ki, tenderlərin əhəmiyyətli hissəsi eyni şirkətlərin payına düşüb.

Bağlanmış tenderlərin siyahısını təqdim edirik:

“ELTA Development” QSC — 311.520,17 AZN

Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən yolların təmiri işlərinin satın alınması üçün “ELTA Development” QSC ilə 311.520,17 manat dəyərində müqavilə imzalanıb.

“AZSUR GROUP” MMC – ardıcıl 3 tender

Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Ağstafa RİH-in bu il həyata keçirdiyi üç müxtəlif tenderdə eyni şirkətin qalib gəlməsi xüsusi diqqət çəkir.

Bu tenderlər aşağıdakılardır:

  • Ağstafa şəhərində abadlıq işləri — 256.800,01 AZN
  • Kommunal binaların əsaslı təmiri — 149.638,17 AZN
  • Abadlıq işlərinin görülməsi — 388.409,43 AZN

Qeyd edək ki, “AZSUR GROUP” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır, şirkətin qanuni təmsilçisi isə Rəşad İmanlı Yasəf oğludur. Bu qədər aşağı kapitalla milyonlarla manatlıq tenderlərə çıxıb qalib gəlməsi ictimai müzakirələrə səbəb olub.

“BUTA SUPPLY” MMC — 114.402,77 AZN

Nümayəndəlik tərəfindən “BUTA SUPPLY” MMC-yə şəhərdə işıqlanma və abadlaşdırma xidmətlərinin satın alınması üçün 114.402,77 manat ödənilib.

“Harmony Industrial Construction and Engineering Group” MMC — 76.582 AZN

Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması məqsədilə keçirilən tenderin qalibi “Harmony Industrial Construction and Engineering Group” MMC olub. Müqavilənin dəyəri 76.582 manatdır.

Diqqət çəkən məqamlar

Tenderlərin böyük hissəsinin eyni şirkətə – nizamnamə kapitalı 10 manat olan “AZSUR GROUP” MMC-yə verilməsi şəffaflıqla bağlı ciddi suallar doğurur. “Abadlıq” adı altında milyonlarla vəsait ayrılmasına baxmayaraq, görülən işlərin real vəziyyəti ilə müqavilə məbləğləri arasında uyğunsuzluq məsələsi yenə gündəmdədir. Aztəminatlı ailələrə ayrılan məbləğin digər xərclərlə müqayisədə çox aşağı olması prioritetlərin hansı istiqamətə yönəldiyini göstərir.

İcra Hakimiyyətinin seçdiyi nizamnamə kapitalı 10 manat olan şirkətin (“AZSUR GROUP” MMC) maliyyə gücü və əməliyyat imkanları buna cavab verib-verməməsi sual doğurur.

//32gun.az//

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa