!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyxdən Rüstəm İbrahimbəyova ağır sözlər: “Ona zəng vurub biabır etdim”

!Reklam – Yazi

Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi qalmaqala səbəb olub. Azərbaycan xalqının aşağılandığı, təhqir olunduğu sözügedən film ictimaiyyətdə kəskin narazılıqla qarşılanıb.

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyli Yenicag.az-a açıqlama verərək R.İbrahimbəyovu “şərəfsiz, xəstə, xəyanətkar” adlandırıb:

“Mən Rüstəmin bu filmi barədə eşidəndə şoka düşdüm. Azərbaycan xalqının içindən qidalanan bir adamın qocalanda belə xərifləyib, gic-gic danışması, xəyanətə qoşulması məni dəhşətə gətirir. O ya xəstədir, ya da ona vurulan hansısa psixotrop dərmanların təsiri altındadır. Ya da qoyublar tərəzinin bir gözünə, o biri gözünə də özü ağırlığında var-dövləti. Bunun ikinci bir adı yoxdur. Ömrünün yaşlı cağında içində böyüydüyü xalqına bu səviyyədə xəyanəti bağışlanmazdır. Kinofilm elə bir təbliğat vasitəsidir ki, bütün dünyaya yayılır, tarixdə qalır. Heç şübhə yoxdur ki, şantaj təbliğatı ilə məşğul olan satqın erməni diasporu bu filmi hər dilə tərcümə edib, bütün dünyaya gösstərəcəklər. Rüstəm bizim indiyə qədər apardığımız ədalət savaşımız, soyqırımla bağlı dəlil-sübutların üstündən xətt çəkir. Çünkü sıradan bir adam deyil bu alçaq. Rüstəm, ola bilər sən xəstəsən, şəxsi müstəvidə kiminləsə ədavətin var, amma düşünmürsən ki, xalqını satqın, xəyantəkar düşmənin ayağına verirsən?”

Ş.Mahmudbəyli həmkarını yaşadığı ölkədən qovduracağını da bəyan edib:

“Onun Gürcüstanda villası var, oturub kef edir özü üçün. Artıq xəstədir, qocalıb, aydın məsələdir. Oğlunu, qızını, arvadını da bu işə cəlb edib. Bunun qarşısı alınmalı, ordan qovulmalıdır. Elm, mədəniyyət adamlarının imzasını toplayıb onu Gürcüstandan qovduracam. O filmin nümayişi dayandırmalıdır. Azərbaycanın elm, mədəniyyət adamları, ziyalıları ayağa qalxıb, onun xəyanətkar simasını ortaya qoymalı, şantajına cavab verməlidir. Mən keçən il ona zəng vurub, telefonda biabır etdim. Alçaq özü də şamaxılıdır. Erməni sənin dədəni, babanı doğrayıb Cümə məscidinə töküb, arvad-uşağını zorlayıb, körpələrini qılıncdan keçirib, sən utanmırsan? Azərbaycanın çörəyi gözündən-burnundan gəlsin, ay alçaq, ay şərəfsiz. Axı onların içində sənin qohum-əqrəban da var. Bu qədər vicdansızsan, bu qədərmi ağlını itirmisən, sən xəstəsən”.

Cəvahir

COP29

www.yenicag.az

3745
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv