!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şeyxdən yenidən sədr seçilən Şəfiqə Məmmədovaya: “O qurum ləğv olunmalıdır”

!Reklam – Yazi

“Şəfiqə Məmmədova deyil, kim seçilir-seçilsin, onsuz da heç nə dəyişməyəcək. Onlar sadəcə ictimai qurumdur və kino istehsalına heç bir aidiyyatı yoxdur”.

Bunu Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı xəbərə münasibət bildirən Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.

Şeyx bu qurumun kinonun inkişafına heç bir təsiri olmadığını bildirib:

“Bu köhnə quruma ehtiyac yoxdur. Kinonun inkişafına, istehsalına da təsiri yoxdur. Sadəcə olaraq, Şəfiqə Məmmədova şəxsi nüfuzundan istifadə edib kiməsə xahiş edə bilər ki, məsələn, filan aktyorun problemi həll olunsun. Başqa heç nə… Qurum üzvləri arada yığışır, nəisə müzakirə edir, hansısa yaşlı və xəstə aktyora köməklik göstərir və sair. Boş, mənasız qurumdur. Əslində, belə mənasız qurumları ləğv etmək lazımdır. Gözləməyin ki, Şəfiqə Məmmədova ikinci dəfə o quruma sədr seçilməsindən sonra kino istehsalına hər hansı təsir göstərəcək”.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilib.

Cəvahir

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv