Şeyxin yubileyi niyə Tiflisdə qeyd olunacaq?
Yubiley münasibətilə xüsusi toplantı və təntənəli tədbirin keçirilməsi, Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 65 illiyini Tiflisdə qeyd edəcək.
QMİ-dən verilən məlumata görə, Gürcüstanın Katolikos Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.
Avqustun 29-na nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam A. Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.
Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.
Yenicag.Az-a daxil olan məlumata görə Azərbaycana gəlişi birmənalı qarşılanmayan və səfərləri Azərbaycana problem yarada bilən şəxslər dəvət olunurlar. Həmin şəxslərlə münasibətlərin qorunması həm də ölkəyə problem yaranmaması üçün şeyx yubileyini Gürcüstanda qeyd edir.