Silahlı şəxs saxlanıldı-Video

media-hightechnic-468x90

56706DİN Baş Mütəşəkkil Cinayətkarliqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah və külli miqdarda narkotik maddə əldə edib saxlamaqda təqsirli bilinən şəxsi yaxalayıb.

Keçirilmiş əməliyyat axtariş tədbirləri nəticəsində Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd “Parad- 117” markalı tapança səsboğucusu ilə birgə tapılaraq götürülüb.

Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb. Əməliyyatçilar evdən həmçinin 6 kiloqramdan çox qurudulmuş marixuana da aşkarlayıblar.

Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir ki, əldə edib və yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.

Faktlarla bağlı cinayət işi açılıb. Əvvəllər də dəfələrlə məhkum olunmuş Fuad Əsədullayevin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600