!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Koreya ABŞ-ı vurmağa hazırlaşır

!Reklam – Yazi

Vaşinqton-Pyonqyanq xəttində gərginliyin artması ilə Kim Çen In-ın ABŞ-ı vurma planı aşkara çıxıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, plana görə 4 ədəd raket 3,356 km məsafə qət edərək Quamı vuracaq.
III Dünya Müharibəsinin ayaq səslərinin eşidildiyi bir vaxtda Şimali Koreya rəsmi xəbər agentliyi Quama qarşı planlaşdırılan raket hücumunun üstünü açıb. Bu ayın ortalarında həyata keçiriləcək hücum zamanı “Hwasong-12” modelli 4 ədəd raket eyni anda atılacaq və Yaponiyanın üstündən keçərək Quama yönələcək.

Bu barədə məlumatı Şimali Koreya ordusunun generalı Kim Rak-Qyom verib. Onun sözlərinə görə, 3,356 km məsafəni 17 dəqiqə 45 saniyəyə qət edəcək raketlər Quamın 30-40 kilometrliyinə düşəcək:

“Plan avqustun ortalarına qədər tam olaraq dəqiqləşəcək. Beləliklə kiçik bir dərs verəcəyik. Kim Çen-in əmri ilə raketləri işə salacağıq”.

Bu açıqlamadan sonra bütün dünya ABŞ prezidenti Donald Trampın verəcəyi reaksiyanı səbirsizliklə gözləyir.

Yenicag.az

www.yenicag.az

861
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv