Şimali Koreya süni intellektli raketlərin sınağını keçirdi

media-hightechnic-468x90

Şimali Koreya ilk dəfə olaraq süni intellekt ilə təchiz edilmiş yüksək dəqiqlikli qanadlı raketlərin sınağını keçirdiyini açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, texnikanın sınağı barədə Koreya mətbuatı məlumat yayıb.

Bildirilir ki, ordu taktiki ballistik raketləri, artilleriya raketlərini və uçuş məsafəsi 100 kilometrə qədər olan süni intellektli qanadlı raketləri əhatə edən kombinə edilmiş silah sistemini sınaqdan keçirib.
Məlumatda qeyd olunur ki, Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi altında keçirilən sınaqlar silahların və avtomatlaşdırılmış buraxılış sistemlərinin müasir müharibənin tələblərinə uyğunlaşdırılması və döyüş şəraitində effektivliyinin artırılması məqsədilə uğurla modernləşdirildiyini göstərib.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05