Sirkə turşusundan zəhərləndi

media-hightechnic-468x90

80800Şəki rayonunda 64 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX)  verilən məlumata görə, oktyabrın 6-da gecə saat 23:10 radələrində rayonun Kiş kənd sakini, 1950-ci il təvəllüdlü Züleyxa Əsabəli qızı Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Müayinədən sonra məlum olub ki, 64 yaşlı qadın sirkə turşusu qəbul edib.

Z. Abbasovaya xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600