Şirvan sakini çayda boğuldu

media-hightechnic-468x90

59699Saat 15:00 radələrində Şirvan şəhər sakini, Ş.Şükürov küçəsi ev 13 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Həsənov Şövqi Əbil oğlu Kür çayının sahilində, FHN-nin xilas etmə məntəqəsinin qarşısında balıq tutarkən qəflətən qıc olma nəticəsində huşunu itirərək çaya yıxılıb və boğularaq ölüb.

Mərhumun yaxınlarının dediyinə görə Ş. Həsənov əvvəlldən epelepsiya xəstəliyindən əziyyət çəkirmiş və tez tez qıc olaraq özündən gedirmiş. Mərhum gününü Kür çayında balıq tutmaqla keçirirmiş. Yenicə ailə quran 35 yaşlı Ş. Həsənovun meyidi Kür çayından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600