Şirvan şəhərində 22 yaşlı gənc itkin düşüb.
Yenicag.az-ın məlumatına görə, Sabirabad rayonu Dadaşbəyli kənd sakini Xancan Osmanov iyunun 4-də kənddə yaşadığı evdən çıxaraq Şirvan şəhərinə gedib və bir daha geri qayıtmayıb.
Onun boyu 180 sm, gözlərinin rəngi qəhvəyidir.
X.Osmanovu görənlərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
www.yenicag.az