Snoudenə “Alternativ Nobel” verildi
ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden İsveçin insan haqları mükafatının qaliblərindən biri elan olunub.
Bu mükafat qeyri-rəsmi olaraq “Alternativ Nobel mükafatı” hesab olunur.
“Düzgün Həyat Tərzi Fondu” sentybarın 24-də yaydığı bəynatda bildirir ki, Edvard Snouden dövlətin vətəndaşların əsas konstitusiya haqlarını pozaraq adamları görünməmiş izləməsini ifşa etdiyinə görə bu mükafata layiq görülüb.
Edward Snowdenlə birlikdə bu ilki mükafatı Alan Rusbridger də alır. O, Guardian qəzetinin redaktorudur və Edvard Snoudenin verdiyi sənədlər əsasında bir sıra məqalələr nəşr edib.
Ancaq Edvard Snouden və Alan Rusbridger fəxri qaliblər elan olunub. Bu o deməkdir ki, onlar pul mükafatını almayacaq.
210 min dollarlıq pul mükafatı isə 3 nəfərə verilir: pakistanlı insan haqları müdafiəçisi Asma Jahangirə, Asiya İnsan haqları Komissiyasından Basil Fernandoya və ABŞ-dan təbiəti mühafizə fəalı Bill McKibbenə. (qafqazinfo.az)