SOCAR-ın vitse-prezidenti “Gülən işi”i üzrə istintaqa cəlb olunub? – Cavab – Yeniləndi

media-hightechnic-468x90

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri Üzrə İstintaq İdarəsindən aparılan “Gülən İşi” üzrə istintaqa cəlb olunub.

Bu barədə Gununsesi.info-ya Xalik Məmmədova yaxın mənbələrdən informasiya daxil olub.

Məlumatda qeyd olunur ki, SOCAR rəhbərliyində çalışan bir qrup şəxsin cəlb olunduğu istintaqda bir neçə dəfə dindirmələr olub və vitse-prezident öz vəkiliylə bu prosesdə iştirak edib. Xalik Məmmədova verilən əsas suallardan biri isə Fətullah Gülənə məxsus ali məktəbləri bitirən və onun şəbəkəsinə daxil olan şəxlərin SOCAR-da necə işə alınması ilə bağlı olub.

SOCAR-ın bu barədə yayılan məlumatında isə xəbər təkzib olunub:

”Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı məlumat yayılmışdır.
Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməmişdir. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar”.

Məsələyə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov da öz sosial media hesabından münasibət bildirib. Açıqlamanı olduğu kimi təqdim edirik:

“Bir neçə elektron kütləvi informasiya vasitələri heç bir əsası olmayan, məsuliyyətsiz, əsassız və yalan məlumat yayaraq mənim guya ki, istintaqa cəlb olunmağımla bağlı işgüzar fəalyyətimə, şərəfimə və ləyaqətimə xələl gətirə biləcək məlumat yayıblar. Guya ki, mən Baş Prokrurluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsində istintaqa cəlb olunmuşam…

Bu xəbəri yayan informasiya vasitələrinin rəhbərlərini, yazının müəllifini məsuliiyətə çağırır, onların yoxlanılmamış məlumatı yaymaqda hansı hüquqa zidd hərəkət etdiklərini özlərinə xatırlatmaq istəyirəm….. Yəqin ki, jurnalist, bununla bağlı istintaq aparan orqandan həqiqəti öyrənməli və sonra ictimailəşdirməli idi. Bu onun borcudur və buna görə məsuliyyəti var.

Tutduğm mövqeyə və daşıdığım vəzifə öhdəliklərinə görə mən jurnalistlər üçün həmişə açıq olmağa çalışmış və onların suallarını cavablandırmağa çalışmışam. Bu xəbərlə bağlı isə mənə heç kim müraciyət etməmişdir…. Düşünürəm ki, bu xəbəri çap edənlər, onu saytlarında yayanlar hüquqi məsuliyət və cavabdehlikdən xəbərsiz deyillər. Ona görə də sayıram ki, jurnalist etikasına yaraşmayan və məhkəməyə gətirib çıxarda biləcək bu hərəkətlərindən çəkinsinlər….

Mən hal hazırda növbəti əmək məzuniyyətindəyəm və tam təsadüf üzündən bu xəbəri oxumuşam. SOCAR Mətbuat xidməti bununla bağlı açıqlama vermişdir, çox sağ olsunlar”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600