SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
Yenicag.az APA-ya istinadən xəbər verir ki, dekabrın 3-də “SOCAR-Towerdə” Neftin, qazın nəqli və qaz təsərrüfatı üzrə vitse-prezident Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İskəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilmişdir.
Qeyd edək ki, Daşqın İskəndərov ali təhsilini başa vurduqdan sonra “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və BP Eksploreyşn LTD şirkətində texniki istehsalat üzrə supervayzer vəzifəsində işləyib.
2007-ci ildə “28 May” NQÇİ rəisinin birinci müavini, 2008-ci ildən “Azneft” İB-nin Baş mühəndisi – baş direktorun birinci müavini, 2011-ci ildən İstehsalat Birliyinin Baş direktoru vəzifələrində çalışıb.
www.yenicag.az