“SOCAR Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsində hissədar olub”.
Yenicag.az “APA-Economics”ə istinadən bildirir ki, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “SOCAR Turkey Enerji”nin TANAP-da 7% pay alması üçün işlər bu ilin martın sonunda yekunlaşıb.
www.yenicag.az