SOCAR Ukraynada daha bir YDM istifadəyə verdi

media-hightechnic-468x90

socar_azs_ukraine_170315_1SOCAR Ukraynanın cənubunda iri sənaye mərkəzi kimi tanınan Nikolayev vilayətində yolkənarı infrastrukturun inkişafını davam etdirir.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, bu yaxınlarda vilayətdə “SOCAR” brendi ilə fəaliyyət göstərən sayca 7-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Nikolayev şəhərinin iki yaşayış mikrorayonunu birləşdirən yolun üzərində yerləşən stansiya SOCAR-ın Ukraynada üzən yanacaqdoldurma məntəqələri də daxil olmaqla 50-ci brend aktividir.

Yeni YDM-də Polşa, Litva və Belarusun aparıcı neft emalı zavodlarında “Avro-5” ekoloji standartlarına uyğun istehsal olunmuş yanacaq – A-92, A-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı və mayeləşdirilmiş qaz reallaşdırılır. Təkərlərin doldurulması, avtomobillərin su təchizatı, Wi-Fi, mobil telefonların enerji təchizatı, avtomobil dayanacağı kimi xidmətlər pulsuzdur. YDM ərazisində fəaliyyət göstərən kafedə müştərilərə Azərbaycan milli mətbəxinin nümunələri təklif olunur. Ödəniş nağd pulla, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları ilə həyata keçirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600