“Söhbətlərimizi gizlicə qeydə alıb sonra da mətbuatda dərc edib”

media-hightechnic-468x90

mmjkjkkjkRusiya prezidenti Vladimir Putin NATO-nun Baş katibi Anders Rasmussenin Danimarka Baş naziri olduğu dövrdə ikitərəfli xüsusi görüşlərini gizlicə qeydə aldığını və sonrada bunu dərc etdiyini iddia edib.

NATO bu iddiaları təkzib edərək, Rusiyanın diqqətləri başqa səmtə çəkmək istədiyini qeyd edib.

Canlı yayımda iştirak edən Putin Rasmussen və ölkəsi barədə fikirlərini bildirib:

“NATO-nun baş katibi Rasmussen bir vaxtlar Danimarka Baş naziri idi. Möcüzə bir ölkədir, insanları möhtəşəmdir. Danimarka ilə mükəmməl əlaqələrimiz var. Heç olmasa bu günə qədər belə idi və bu şəkildə davam etməsinə ümid edirəm”.

Rasmussenin Baş nazir olduğu bir dövrdə yığıncaqların biri ilə bağlı Putindən özəl görüş istəyib: “Özü məndən planlanlaşdırılmayan xüsusi görüş tələb etdi. Mən də qəbul etdim və görüşdük. Rasmusen söhbətlərimizi gizlicə qeydə alıb və sonra da mətbuatda dərc edib. Qulaqlarıma və gözlərimə inana bilmədim”.

Putin Rasmussenin danışığı yaymamışdan öncə xəbərdarlıq edə biləcəyini, ancaq bundan sonra arada güvənin asqıya alındığını vurğulayıb. NATO sözçüsü Oana Lunqesko məsələ ilə bağlı açıqlamasında Rasmussenin Putinlə və ya digər başqası ilə danışıqları qeyd etmədiyini, Rusiyanın gerçəkləri təhrif etməyə çalışdığını deyib.

Həmçinin o bildirib ki, Rusiya bununla diqqətləri Ukraynadan yayındırmaq istəyir(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600