!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şok epizod: İrandakı son iğtişaşların anonsu 2003-cü il “Kurtlar vadisi”ində - Video

!Reklam – Yazi

Türkiyənin ən məşhur teleseriallarından biri olan “Kurtlar Vadisi”nin 2003-ildə yayımlanmış 1-ci bölümündə yer alan maraqlı kadrlar yenidən aktuallaşıb.

Yenicag.az xəbər verir ki, “Kurtlar vadisi”nin təqdim olunan epizodunda Şuranın rəhbəri Mehmet Karahanlı, Şuranın üzvü, yəhudi iş adamı Nedim İplikçi və onun xanımı Ester Azərbaycanda 2003-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində regionda həyata keçirəcəkləri planı müzakirə edirlər.

Müzakirənin gedişində Karahanlı o dönəmdə bölgədə cərəyan edən prosesləri və nəticələri dəyərləndirir:

“İraq faktiki olaraq bölünüb, İran da 3 yerə parçalanacaq. Bu parçalanmanın əsas tərəfi azərilərdir. Şimali Azərbaycanda şərtlər bizim lehimizədir. Güney Azərbaycan isə qaynama nöqtəsindədir.

Ona görə də Azərbaycanda keçiriləcək seçkilər və həmçinin, Tombalacının oradakı mövcudluğu bizim üçün çox əhəmiyyətlidir”.

Söhbətə qatılan Ester isə İsraildə apardığı müzakirələr haqqında məlumat verir:

“Mən İsraildə ortaqlarımızla görüşdüm. Azərilərə istədikləri qədər silah verəcəklər”.
Müzakirələri yekunlaşdıran Karahanlı bunları deyir:

“Xanım əlaqələri quracaq, sən (İplikçi – red.) pulları verəcəksən. Qalanı mənim işimdir. Amerika cənubda qonşumuz oldu. İsrail isə şərqdə qonşumuz olar”.

 

COP29

www.yenicag.az

13008
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv