Sol ayağını vətən uğrunda itirib, sağ ilə çempion oldu - VİDEO  

media-hightechnic-468x90

Ötən gün fiziki əngəlli futbolçulardan ibarət yığma komandalar arasında Türkiyədə təşkil olunan Avropa çempionatı başa çatıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, turnirin qalibi meydan sahibləri olub. Türkiyə yığması finalda İngiltərə ilə üz-üzə gəlib. Üç qolun vurulduğu oyundan “ay-ulduzlular” 2:1 hesabı ilə üstün olublar.

Vurduğu qolla qardaş ölkəyə çempionluq qazandıran Osman Çakmak qarşılaşmadan sonra maraqlı açıqlamalar verib.

Maraqlıdır ki, komandanın kapitanı Türkiyə Silahlı Qüvvələrində xüsusi təyinatlı olaraq xidmət edib. O zaman minaya düşərək, sol ayağını itirən Osman Çakmak, təkayaqla çempion olmağı bacarıb.

“Ay-ulduzlular”ın bu zəfərinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmayıb. O, Osman Çakmaka təbrik üçün zəng edərək, “səni əsas yığmaya almaq lazımdır, milli komandada ruh yoxdur” deyib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05