!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Somalidə terror qurbanlarının sayı artır

!Reklam – Yazi

Somalinin paytaxtı Moqadişoda avtomobilə quraşdırılmış partlayıcı maddənin işə düşməsi nəticəsində 90-dan çox insan həyatını itirib.

Yenicag.az xəbər verir ki, “RİA Novosti” bununla bağlı Somali parlamentinin üzvü Abdirizak Məhəmmədin açıqlamasına istinadən məlumat yayıb.

Daha əvvəl yerli “Dalsan” radiostansiyası partlayış nəticəsində 50 nəfərin öldüyü barədə xəbər vermişdi.

Bu dəqiqəyə qədər ölkədə fəaliyyət göstərən terror təşkilatların heç biri hadisənin təşkilatçılığını öz üzərinə götürməyib.

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqədə olan “Əl-Şəbab” terror təşkilatı fəaliyyət göstərir.

www.yenicag.az

911
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv