SON DƏQİQƏ: Terrorçular Suriyadan Türkiyə ərazisinə raket atdı - YENİLƏNDİ - FOTO

media-hightechnic-468x90

Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Qaziantep valisi Davud Gül məlumat verib. O bildirib ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Məlumata əsasən, Karkamış şəhərinə Suriya ərazisindən 5 raket atılıb.

Xatırladaq ki, Türkiyə ordusu ötən həftə sonu Suriyanın şimalında “Pəncə Qılınc” antiterror əməliyyatına start verib.

*** 13:32

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 4 raket atıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05