Suriyanın şimal-qərbində 2019-cu ilin dekabr ayından bəri gedən hərbi əməliyyatlar nəticəsində 350-dən çox dinc sakin həyatını itirib.
Yenicag.az xəbər verir ki, bunu BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo Suriyanın İdlib əyalətində eskalasiya ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasında çıxış edərkən deyib.
“Son iki ayda 351 mülki şəxs həyatını itirdi. Bu halların əksəriyyəti hökumətyönlü qüvvələrin bombardman etməsi nəticəsində baş verib. Eyni zamanda, hadisələrin 6%-i hökumətin nəzarətində olan ərazilərdə baş verib. İdlibin mülki əhalisi hava zərbələri və minaatan hücumlarından gizlənməyə çalışsalar da, davamlı qorxu içində yaşayırlar. Onlar ölümlərin dayandırılmasını istəyərlər və biz zorakılığın dayandırılmasında əlimizdən gələni etməyimiz üçün məsuliyyət daşıyırıq”, – deyə Di Karlo bildirib.
www.yenicag.az