Son sutkada 28 yeni yoluxma faktı qeydə alındı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, xəstəlikdən 1 nəfər ölüb.