Son sutkada vaksin olunanların SAYI

media-hightechnic-468x90

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 854 vaksin vurulub.

Bu barədə Yenicag.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, son gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 750, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 391, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 368 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 395 825, birinci doza peyvəndlərin ümumi sayı 5 320 787, ikinci doza vaksinlərin sayı 4 817 513 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 031 776, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 749 olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa