Şou-biznesin saxta "canım"ları: " Mən də onların oynadığı rolu oynayıram"
“İnsanlar necə yalandan üzümə gülüb xoş sözlər deyirlərsə, mən də onların oynadığı rolu oynayıram”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Sədəf Budaqova “Qonaqcanlı” verilişində deyib.
Sənətçi üzünə gülüb, arxasınca danışan həmkarlarından bəhs edib:
“Paxıllıq olduğunu dilimə gətirib demirəm, onsuz da görən görür. Özüm haqqında danışılanları çox yaxşı eşidirəm. Canları sağ olsun. Sükut ən gözəl cavabdır, ən yaxşısı reaksiya verməməkdir. İnsanlar necə yalandan üzümə gülüb xoş sözlər deyirlərsə, mən də onların oynadığı rolu oynayıram. Yalandan üzlərinə gülüb “canımsan, gözümsən” deyirəm”.
Nehru













