Söz davasına çıxan iki məşhur BARIŞDI
“Sənin nə ixtiyarın var, məni milyonlar qarşısında təhqir edirsən, mənə hədə-qorxu gəlirsən?”
Yenicag.az xəbər verir ki, bu sözləri “Tarixin bir günündə” verilişində Əməkdar artist Sahib İbrahimov deyib.
O, bir müddət öncə həmin verilişdə ona hədə-qorxu gələn həmkarı Manaf Ağayevin cavabını verib:
“Deyirsən, məndən danışmaq Sahibin başı üçün deyil. Adamı dara çəkərlər bu sözə görə. Biz cəngəllikdə yaşamırıq, demokratik dövlətdə yaşayırıq. Deyirsən, mənimlə başqa yerdə görüşəcəksən. Sən mənimlə harada görüşəcəksən? Ayıbdır e, 60 yaşın var. Verilişə mənim ailəm, övladım, milyonlar baxır axı. Sənin nə ixtiyarın var, məni milyonlar qarşısında təhqir, təhdid edirsən, hədə-qorxu gəlirsən?! Mən sənin şəxsiyyətinə toxunan söz deməmişəm. Mən sənətdən danışmışam. Demirəm, bir nömrəli müğənniyəm, amma peşəkar müğənniyəm, sənətdən danışmağa ixtiyarım var”.
Daha sonra aparıcının çağırışı ilə efirə gələn Manaf Ağayev həmkarı ilə barışıb.
Nehru