!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Standart İnsurance” problemlər bataqlığında

!Reklam – Yazi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb.

“Standart İnsurance” şirkətinin bu ilin yanvar-iyul ayları ərzində sığorta yığımları 7 mln 157 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln 550 min manat və ya 17.8% azdır.

Hesabat dövründə şirkətin sığorta yığımları azalsa da ödənişləri artıb. Belə ki, 2018-ci ilin yanvar-iyul aylarında 1 mln 944 min manat sığorta ödənişi edən şirkətin ödənişləri, 2019-cu ilin eyni dövründə 479 min manat artaraq 2 mln 423 min manata çatıb.

Şirkətin rəhbərliyi yığımlarının azalmasının səbəbləri və vəziyyəti düzəltmək üçün atılacaq addımları şərh etmək istəməyib.

Tanınmış və peşəkar sığorta eksperti İlkin İbrahimov isə «Standard Sığorta» şirkətinin hazırda problemlərlə üz üzə qaldığını və müştərilərə ödəniş etməklə bağlı çətinliklərlə üzləşdiyini bildirib.

Ekspert bildirib ki, şirkətin bir sıra aparıcı işçiləri şirkəti tərk edib və nəticədə müştəri məmnuniyyəti cəhətdən problemlər yaşanmağa başlanıb: “Hətta şirkətdə olduğum vaxt nümayəndəsi olduğum şəxsin sənəd qovluğunu 2 saat ərzində tapa bilməmişlər. Bu əlbəttə ki çox üzücüdür”.

Bununla yanaşı, qeyd edək ki, “Standard Sığorta” şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub. İlk yarım ildə şirkətin mənfəəti 226,8 min manat təşkil edib. Ötən ilin bu dövründə isə şirkət 374 min manat zərər etmişdi.

Əvəzində ilk yarım ildə şirkətin aktviləri 2 milyon manatadək azalaraq 17 321 min manatdan 15 milyon 353 min manata enib./Index/

COP29

www.yenicag.az

1422
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv