STMEGİ-nin təmsilçiləri ilə görüş keçirildi
Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə görüş keçirilib.
Yenicag.az xəbər verir ki, görüş zamanı Azərbaycanda sülh və əmin-amanlıq şəraitində birgə yaşayan xalqların səmərəli əməkdaşlığına dair bir sıra məsələlər, eyni zamanda gələcəkdə birgə tədbirlərin təşkili müzakirə edilib.
Öz növbəsində STMEQİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Şaul Davıdov bu gün Azərbaycanda yaşayan bütün xalqların, çoxsaylı konfessiyaların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini qeyd edib.
“Azərbaycan bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladı kimi yaşatsın”, – deyə fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib.
Qeyd edək ki, görüşdə DAVAM gənclər hərəkatı sədrinin müşaviri Niyaz Əliyev, Dağ Yəhudiləri icmasının təmsilçisi Anar Davıdov, STMEQİ-nin Azərbaycan nümayəndəliyinin müavini Rolan Yusufov, STMEQİ-nin Azərbaycan nümayəndəliyinin və Dağ Yəhudilərinin Muzeyin nümayəndəsi Fuad Xaimov və gənclər iştirak ediblər.

















