!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda 5-ci medalı qazandı

!Reklam – Yazi

Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində qızların yarışına yekun vurulub.

Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu gün seçmə komandamızın daha iki üzvü bürünc mükafata layiq görülüb. Mərziyyə Nurmətova 15 yaşadək, Ləman Abdulhəmidova isə 19 yaşadək idmançıların mübarizəsində bu nəticəyə imza atıb.

Xatırladaq ki, turnirin ilk günlərində 17 yaşadək idmançıların mübarizəsinə qatılan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutmuşdu. Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərmişdi.

Qeyd edək ki, sentyabrın 21-dən 24-dək məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda Batumi sınaqlarında mübarizə aparacaq.

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv