Sülh prosesində İran və Rusiya FAKTORU: Ermənistanın durumu çətindir

media-hightechnic-468x90

“Ermənistan bunu təkbaşına həll edə bilməz. Çünki burada həm İranın, həm də Rusiyanın maraqları toqquşur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.

O, Zəngəzur dəhlizinin yaxın perspektivdə reallaşması ehtimalından danışıb.

Politoloq bildirib ki, hazırda dünya mediasının gündəmində Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşməsi ilə bağlı yayılan xəbərlər yer alır:

“Əgər baş tutacaqsa bu görüşdə sülhlə bağlı müsbət irəliləyişlər ola bilər. Çünki burada bir sıra mühüm məsələlər müzakirə olunacaq. Azərbaycanın sülh prosesinin yekunlaşması üçün mövqeyi tam aydındır. Sülh müqaviləsi yalnız Ermənistanın konstitusiyada dəyişiklik edəcəyi zaman mümkün olacaq.

Zəngəzur dəhlizi məsələsində isə çox maraqlı məqam var: ABŞ Prezidenti Donald Tramp, Zəngəzur dəhlizinin 100 illik Amerika şirkətinə icarəyə veriləcəyi ilə bağlı təklif irəli sürmüşdü. Lakin məsələ asanlıqla həll olunacaq məsələ deyil. Eyni zamanda Ermənistan da bunu təkbaşına həll edə bilməz. Çünki burada həm İranın, həm də Rusiyanın maraqları toqquşur.

ABŞ-də liderlərin görüşü alınacaqsa Trampın da iştirakçılığı ilə bir sıra istiqamətdə müzakirələr aparıla və müəyyən razılaşmalar əldə edilə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa