!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sumqayıt” ilk transferini gerçəkləşdirdi

!Reklam – Yazi

“Sumqayıt” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Klubdan Yenicag.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-2020-ci illərdə də “Sumqayıt”ın şərəfini qorumuş Mehdi Cənnətov bu müddət ərzində 63 oyun keçirib. Azərbaycan millisinin də formasını geyinən qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydana çıxıb.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv