“Sumqayıt” “İmişli”yə qalib gəldi
Misli Premyer Liqasında XIV turunda daha bir oyun keçirilib.
Yenicag.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “İmişli”ni qəbul edən “Sumqayıt” minimal hesablı (1:0) qələbə qazanıb.
82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.
“Sumqayıt” 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik “İmişli” isə doqquzuncu yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0), “Sabah” “Neftçi”ni (2:0), “Araz-Naxçıvan” “Kəpəz”i (2:0) məğlub edib. “Zirə” – “Qarabağ” qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1. “Qəbələ” – “Turan Tovuz” oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.












