Sumqayıtda maşın piyadanı vurub öldürdü

media-hightechnic-468x90

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı–Quba yolunun 27-ci kilometrliyində qeydə alınıb.

1993-cü il təvəllüdlü Qurbanov Kamil Şakir oğlu idarə etdiyi “Mercedes C230” markalı avtomobillə hərəkətdə olarkən piyadanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

İlkin məlumata görə, ölən şəxs piyadalar üçün nəzərdə tutulan yerüstü keçiddən istifadə etməyib.

Faktla bağlı araşdırma aparılır.

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa