Sumqayıtda avtomobil parkının ərazisində baş verən yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər: 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Malik oğlu, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, habelə Məlikov Musi Bəhmən oğlu və 1990-cı il təvəllüdlü Mustafayev Yanar Fərrux oğlu yanıq xəsarətləri alıblar.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan biri – Məlikov Musi Bəhmən oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər 4 nəfərin vəziyyəti ağır olduğundan onlar Bakı şəhərindəki 5 saylı xəstəxanaya göndərilib.
İlkin məlumata görə, hadisəyə yük maşınında ustalar tərəfindən aparılan təmir işləri səbəb olub.
Hadisə yerinə FHN-nin və Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az