!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Süni mayalanmanın qarantı - Mərkəzi Klinika Gəncə Xəstəxanası

!Reklam – Yazi

Sentyabr ayının 30-u ölkənin tanınmış media orqanlarından ibarət bir qrup jurnalist Gəncə şəhərinə səfər edib. Səfərin əsas məqsədi Qərb bölgəsinin ən müasir xəstəxanası olan Mərkəzi Klinika Gəncə Xəstəxanası ilə tanışlıq olub.

Yeniçag.az xəbər verir ki, xəstəxananın Baş direktoru Həsən Qəndilov və baş həkim Şamil Bədəlov jurnalistlərin suallarını cavablandıraraq, xəstəxana haqqında ümumi məlumat veriblər. Verilən məlumata görə, Gəncə Müalicə Diaqnostika Mərkəzi MMC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2008-ci ildə inşa edilib. Mərkəz əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra konseptini dəyişib və Regional Mərkəzə çevrilərək geniş profilli səhiyyə müəssisəsi kimi 2013-cü il sentyabr ayından etibarən “Mərkəzi Klinika Gəncə Xəstəxanası” adı altında istifadəyə verilib.

Xəstəxananın həyətyanı sahəsi 22.500 kv.m və ümumi sahəsi isə 12.404 kv.m-dir. Planlaşdırılmış əsaslı tikinti və yenidənqurma işlərindən sonra xəstəxananın tibbi xidmət göstərilən sahəsi əvvəlki illə müqayisədə təxminən 45%, yəni 3300 kv.m artırılıb. Ümumi çarpayı fondu dörd dəfədən də çox artırılaraq, 27 ədəddən 100 ədədə çatdırılıb və ehtiyac olarsa, 20 çarpayı da daha əlavə etmək imkanı var. Bundan başqa, əməliyyat otaqlarında aparılmış rekonstruksiya işləri nəticəsində hər dörd əməliyyatxanada istənilən növ əməliyyatların aparılmasına imkan yaradılıb.

Xəstəxanada quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Xəstəxanada Ürək-damar cərrahiyyəsi, Ümumi cərrahiyyə, Urologiya, Ortopediya və Travmatologiya, Neyrocərrahiyyə, Nevrologiya, Oftalmologiya, Qastroentologiya, Kardiologiya, Təcili Tibbi Yardım, Ginekologiya, Neantologiya, Tibbi laboratoriya, İnvaziv radiologiya, Fizioterapiya, Stomatologiya, Nevrologiya, Ginekologiya, Neyrocərrahiyyə və s. şöbələr fəaliyyət göstərir.

Tanışlıq zamanı jurnalistlərin diqqətini ən çox çəkən və aktual mövzulardan biri olan süni mayalanma olub. Paytaxtdan kənarda yerləşməsinə baxmayaraq, bu günə qədər MKGX-də onlarla süni mayalanma proseduru həyata keçirilib və bütün nəticələr də uğurlu olub. Bu informasiya jurnalistər tərəfindən maraqla qarşılandı. Daha sonra xəstəxanın baş direktoru Həsən Qəndilov 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı xəstəxananın fəaliyyətindən danışaraq, yerli əhaliyə xidmətin dayandırıldığını və yalnız yaralı əsgərlərə xidmət göstərildiyini vurğulayıb. MKGX-nın baş həkimi Şamil Bədəlov xəstəxananın personalından söz açaraq, həkimlərin professional seviyyəsi barədə məlumat verdi. Məlum oldu ki, xəstəxanada fəaliyyət göstərən həkimlərin əksəriyyəti dünyanın aparıcı dövlətlərində işləmiş və təcrübə toplamış kadrlardır.

Bununla yanaşı xəstəxana həm də yerli Tibb Kollecinin tələbələrini də işsiz qoymur. Burada kolleci bitirmiş tibb bacılarının işlə təmin olunması üçün lazımi dəstək göstərilir. Daha sonra jurnalistlər xəstəxananın bütün bölmələrini gəzib, tibbi personal və müasir avadanlıqlarla yaxından tanış olaraq, onları maraqlandıran suallara cavab alıblar.

COP29

www.yenicag.az

8631
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv