!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Supergüclərin Bakı görüşünün detalları - Millət vəkili açıqladı

!Reklam – Yazi

“Azərbaycan güc mərkəzləri arasında bir növ koordinəedici funksiyanı həyata keçirməyi bacarır. Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə yaxşı münasibətləri var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparottinin  Bakıdakı görüşünü belə şərh edib:

“Artıq ən müxtəlif mövqelərdə dayanan beynəlxalq təşkilatların, ayrı-ayrı güc mərkəzlərinin nümayəndələrinin Bakıda görüşərək əməkdaşlıq və tərəfdaşlıq məsələlərini müzakirə etməsi bir ənənə halını alıb. Bu da Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Ona görə də həm NATO-nun əsasını təşkil edən ABŞ, həm də Rusiya ilə Azərbaycanın xüsusi münasibətlərinin olması və xüsusi həssaslıq tələb edən məsələlərlə bağlı hegomon güc mərkəzləri arasında ölkəmizin qızıl ortanı tapmaq bacarığı belə görüşlərin məhz Bakıda keçirilməsini şərtləndirir. Bu Azərbaycan diplomatiyasının, prezidentimizin həyata keçirdiyi xarici siyasətin milli maraqlarımız baxımından nə qədər önəmli olduğunu ortaya qoymaqla yanaşı, həmçinin dünya dövlətləri tərəfindən ölkəmizin nüfuzlu, etibarlı tərəfdaş kimi qəbul edilməsinin bir nümunəsidir. Hər iki nümayəndə həmçinin Azərbaycan prezidenti tərəfindən də qəbul olunub.

Azərbaycan güc mərkəzləri arasında bir növ koordinəedici funksiyanı həyata keçirməyi bacarır. Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə yaxşı münasibətləri var. Eyni zamanda, hər iki güc mərkəzinin Azərbaycana etibar etməsi də görüşün Bakıda olması və prezidentimizin onları qəbul etməsində mühüm faktor kimi çıxış edib. Heç şübhəsiz ki, NATO və Rusiya generalları ilə görüş barədə Azərbaycan prezidenti məlumatlandırılıb. Bundan sonra ölkəmizin də mənsub olduğu Yaxın Şərq regionu və MDB məkanında Rusiya Amerika münasibətlərinin necə olması şübhəsiz ki, yeni keyfiyyət yaradacaq. Burada heç şübhəsiz Azərbayan prezidentinin də öz mövqeyi olacaq”.

Həmsöhbətimizin fikrincə, bu iki generalın görüşündə əsas müzakirə mövzusu sözsüz ki, Suriya ətrafında cərəyan edən proseslər olacaq:

“Hazırda regionda mürəkkəb bir tarixi mərhələni keçirik.  Hadisələrin nəzarətdən çıxmaması üçün bir tərəfdən ABŞ və NATO, digər tərəfdən də Rusiya arasında belə görüşlərin olması vacibdir. Çünki dünya siyasətini diqtə edən ölkələr sırasında əlbəttə ki, ABŞ-la Rusiya aparıcı rola malikdir. Yaxın Şərqdə olduqca mürəkkəb situasiya davam edir. Bu fonda hər iki tərəf dərk edir ki, bundan da artıq radikal addımların atılması təkcə bu dövlətlərin münasibətlərinin perspektivi baxımından deyil, eyni zamanda dünya və region ölkələrinin maraqları baxımından da ciddi fəsadlar yarada bilər. Ona görə düşünürəm ki, nəhayət Yaxın Şərqdə ortaq məxrəcə gəlməyin vaxtı çatıb. Yaxın Şərq hegemon güclərin silahlarının sınaqdan keçirildiyi poliqona çevrilməməlidir. Belə vəziyyət Yaxın Şərq ölkələrinin təhlükəsizliyini təhdid etməklə yanaşı, bu günə qədər burada vəkalət müharibəsi aparan dövlətlərin artıq birbaşa qarşı-qarşıya gəlməsi təhlükəsini də yaradıb. Bu səbəbdən fikrimcə, Bakıdakı görüşdə məhz Suriyadakı məsələlər müzakirə predmeti olacaq. Ordan çıxan nəticələr də heç şübhəsiz regionun gələcəyinə böyük təsir göstərəcək”.

Qeyd edək ki, bu gün Rusiya Baş Qərargah rəisi Valeri Qerasimov NATO-nun Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti ilə Bakıda görüşüblər. Bu iki ölkə generalları arasında Bakıda baş tutan üçüncü belə görüşdür. Səfər  prosesində hər iki generalı həmçinin Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.

ELÇİN

COP29

www.yenicag.az

3184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv