Suraxanıda su yoxdur

media-hightechnic-468x90

46475Suraxanı rayon sakinləri suyun yoxluğundan şikayətlənir.

Bu dəfə su sarıdan əziyyət çəkənlər Suraxanı rayonu Atamoğlan Rzayev küçəsi 4-cü mədən sakinləridir. Bu insanlar adı çəkilən ünvanda yaşamağa başlayanda burada su da daxil olmaqla heç bir kommunal xidmətlər olmayıb və təbii ki, evlər də qanunsuz tikilib. Sakinlər öz hesablarına müvəqqəti su xəttləri çəkiblər. Ərazidə əhali sayının artması isə suya olan tələbatı da artırıb. Nəticə isə göz qabağındadır. Hər kəs suyu pulla almaq məcburiyyətində qalıb.

Ərazidə su ilə bağlı problemin olmasından paytaxtı içməli su ilə təmin edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində də xəbərdardılar. Ərazidə tam əsaslı su xətti şəbəkəsi olmadığından bu tip problemlərin yaşandığını bildirdilər. Amma gələn ildən başlayaraq Atamoğlan Rzayev küçəsinin sakinlərinin suya olan problemi öz həllini tapacaq.

Çünki 2014-2016-cı illəri əhatə edən Bakı şəhəri və onun qəsəbələrinin “Sosial-iqtisadi inkişafı” dövlət proqramına uyğun olaraq Atamoğlan Rzayev küçəsinin, o cümlədən 4-cü mədən ərazisinin içməli su təchizatı sistemlərinin yenidən qurulması üzrə layihə işləri aparılıb və burada şəbəkənin yaradılması nəzərdə tutulur. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600