!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Suriya böhranının yaxın illərdə siyasi həlli mümkün görünmür” - Zərdüşt Əlizadə

!Reklam – Yazi

“ABŞ indiyə qədər İraq və Əfqanıstandan necə “çıxıbsa”, Suriyanı da o qaydada “tərk edəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq niyyətinin ciddiliyini və bunun baş verəcəyi təqdirdə həmin ölkədəki proseslərin mümkün inkişafını dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, ABŞ-ın öz hərbi qüvvələrini Suriyadan çıxarmaq barədə anonsu siyasi gedişdən başqa bir şey deyil:
“Əvvəla, Amerika çox zaman deyir ki, mən “gedirəm”. Fərz edək, Amerika Əfqanıstandan iki-üç dəfə “gedib”, ancaq indiyə qədər ABŞ ordusu orada qalır. Guya İraqdan da “gedir”, lakin orada xeyli Amerika qoşunu qalır.

Amerika qoşunları Suriya hökumətinin dəvəti olmadan oraya gəlib və ölkə ərazisinin üçdə birinə nəzarət edir. Görünür, oynanılan faciə məzhəkəsində elə bir pərdə gəlib çatıb ki, Amerika qoşunlarının Suriyadana çıxacağını elan etmək lazım gəlib. Bu, bir siyasi gedişdir.

Hazırda Suriyanın hökumət qüvvələri ölkə ərazisinin yalnız yetmiş faizinə nəzarət edir. Ərazilərin qalan hissəsi isə Türkiyə, Rusiya, ABŞ, İran qüvvələrinin, onlara bağlı birliklərin nəzarəti altındadır.

Suriyada həqiqətən, olduqca ağır, mürəkkəb vəziyyət davam etməkdədir. Həmin ölkədə hərbi mövcudluğu olan dövlətlər proseslərin məhz öz maraqlarına uyğun şəkildə getməyini istəyirlər. Bu isə real deyil.

Ümumiyyətlə, Suriyada elə bir vəziyyət yaranıb ki, yaxın illərdə oradakı böhranın siyasi həlli mümkün görünmür”.

A.Zeynalov

COP29

www.yenicag.az

2946
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv