!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriya müharibəsinin ƏSL SƏBƏBİ bəlli oldu: gizli dəfinə...  

!Reklam – Yazi

Hizbullah və İnqilab keşikçiləri korpusuna yaxınlığı ilə tanınan kanal İranın hərbi raketlərinin və İsrailin əhəmiyyətli mərkəzlərinin lokasiya məlumatlarını və görüntülərini yayıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, yayımlanan video Həsən Nəsrullahın çıxışı ilə sona çatır.

Videodakı yazılarda ibranicə açıqlamaların olması isə xüsusilə diqqət çəkir. İranın görüntülərdə hədəf göstərdiyi nöqtələr Kariş, Tamar və Leviafandır. Bu bölgələrdə isə İsrail üçün həyati əhəmiyyət daşıyan təbii qaz yataqları mövcuddur.

Görüntülər həmçinin başqa iddiaların da gündəmə gəlməsinə səbəb olub. İranın yayınladığı neft və təbii qaz yataqları ilə eyni bölgədə Suriya sahillərində daha böyük neft yataqlarının kəşf edildiyi bildirilib. Rusların ortaya atdığı bu iddiaya əsasən, Suriyada baş verən müharibənin alovlanması və böyüməsinin səbəbi bu qaynaqlardır.

“RF-SMI” adlı Rusiya mətbu orqanında yayımlanan xəbərə görə, 2012-ci ildə kəşf olunan bu yataqlar barədə 2015-ci ildə məlumat yayılıb. Ümumilikdə isə 14 quyudan ibarət olan neft yatağından gündə 6-7 milyon barel neft hasilatı əldə etmək mümkün olacaq. Maraqlısı odur ki, Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 12 milyon bareldir. Yəni burdan çıxarılacaq neft-qaz Qətər və Rusiya şirkətlərinə ciddi rəqib olacaq. Kəşf olunmuş yataqda neftin 250 metr dərinlikdə olduğu və axtarışların Norveçin “Ancis” şirkəti tərəfindən aparıldığı bildirilir.

Həmçinin o da qeyd olunur ki, neft və qazla bağlı bu məlumat Dəməşqdə yerləşən Strateji Araşdırmalar Mərkəzinin sədri dr. İmad Fauzi Şuaybi tərəfindən Livanın Əl-Mayaddin telekanalına verilib. Şuaybi 1 aprel 2013-cü ildə “Zamanın dialoqu” adlı verilişə qatılaraq, neft və qaz yataqlarının Livan sərhədindən Suriyanın Banias şəhərinə qədər olan ərazidə olduğunu iddia edib. Suriyada vətəndaş müharibəsinin bu neft və qaz yataqlarının kəşfindən sonra başlaması iddianı daha da gücləndirir. Həmçinin, İranla İsrail arasındakı gərginlik, Rusiyanın ABŞ-a qarşı regiondakı təsir gücünü artırmaq istəyi də iddianın doğru olması barədə ehtimalları qüvvətləndirir.

www.yenicag.az

3546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv