Suriyada daha 15 azərbaycanlı öldürüldü

media-hightechnic-468x90

mnjjbmbgySon 3 gün ərzində Suriyada dövlət qüvvələrinə qarşı döyüşən daha 15 azərbaycanlı öldürülüb.

Bu barədə Suriyada yaşayan həmyerlilərimizdən biri  xəbər verib.

Məlumatda deyilir ki, onlar ard-arda keçirilən əməliyyatlarda, Derra və Hələb istiqamətində gedən döyüşlərdə həlak olublar.

Suriyadakı azərbaycanlıların elə döyüşdükləri ərazilərdə dəfn olunduğu bildirilr.

Xatırladaq ki, Suriyada döyüşən azərbaycanlıların sayı rəsmi olaraq məlum deyil. Məlumatlara görə, onların ümumi sayı 150 nəfərə yaxındır. Amma bu rəqəm çox da ola bilər.

Həmin həmyerlilərimizin əksəriyyəti vəhabi dini cərəyanının üzvləridir və onların Suriyaya göndərilməsi də vəhabi şeyxlərinin apardığı ideoloji təbliğatın nəticələridir(jam.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600