Suriyada döyüşənlərə 15 il cəza istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Ruslan Mustafayev, Tural Həsənov, Tarıyel Musatafayev, Namiq Məmmədov, Elvin Əliyev və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses mayın 29-da davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər MTN-in əməkdaşları tərəfindən tutulublar.