!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada nə baş verir? – Müxaliflər Əsədin oyununu belə pozdular

!Reklam – Yazi

Türkiyə dəstəkli Suriya Milli Ordusu (SMO) PKK/YPG-nin Tel-Rıfat-Münbiç xəttində koridor yaratmaq planına qarşı başladığı “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində Tel-Rıfat rayon mərkəzinə daxil olmağa başlayıb.

Yenicag.az “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, SMO qüvvələri Tel-Rıfatın şimal-qərb, şimal-şərq, şərq və cənub cəbhə xətlərində döyüşləri davam etdirərək rayon mərkəzinə daxil olub. Əməliyyat nəticəsində Tel-Rıfat və ətrafında təxminən 850 kvadrat kilometrlik ərazi nəzarət altına alınıb.

Suriya rejim qüvvələri isə müxalif silahlı qrupların başlatdığı əməliyyatlar nəticəsində Hələbətrafı əraziləri qısa müddətdə itirərək, PKK/YPG-dən dəstək tələb etmiş, bu vəziyyət isə PKK/YPG-yə ərazidə genişlənmək üçün fürsət yaratmışdı. Rejim Fəratın şərqində PKK/YPG-nin nəzarətində olan əraziləri həmin qruplara təhvil verməyə başlamış və çox sayda ağır silah bölgəyə göndərilmişdi. SMO əməliyyat çərçivəsində Kuveyris Hərbi Hava Bazasını nəzarət altına alaraq PKK/YPG-nin Tel-Rıfat-Münbiç xəttini kəsib. Bundan əlavə, Türkiyəyə cəmi 13 kilometr məsafədə yerləşən strateji əhəmiyyətli Minnağ Hava Limanı da SMO tərəfindən ələ keçirilib.

Suriya mətbuatında yayılan xəbərlərə görə, Rusiya və Suriya ordusu İdlibə hava hücumlarını intensivləşdirib. Yerli sakinlər, hücumların dörd milyon insanın çadırlarda və sadə evlərdə yaşadığı, Türkiyə sərhədinə yaxın olan İdlib şəhərinin sıx məskunlaşmış ərazilərinə yönəldiyini bildiriblər. İlk məlumatlara görə, hücum nəticəsində ən azı dörd nəfər həlak olub, onlarla insan yaralanıb. Suriya ordusu və müttəfiqi Rusiya hücumların üsyançı qrupların sığınacaqlarını hədəf aldığını iddia etsə də, mülki şəxslərə hücum etdiklərini təkzib edib.

Rus hərbi aviasiyası da dünən Hələb Universiteti Xəstəxanasına hava hücumu təşkil edib. Yerli mənbələr hücumun “Su-24” tipli təyyarələrlə həyata keçirildiyini bildiriblər. İlkin məlumatlara əsasən, hücum zamanı doqquz nəfər həlak olub, on nəfər yaralanıb. Bildirilir ki, Hələb şəhərində küçələr, əsasən, boş qalsa da, şəhəri tərk edən mülki əhalinin hərəkəti nəticəsində intensiv nəqliyyat axını müşahidə olunub. Suriya ordusu isə şəhərdən geri çəkilən qüvvələrinin yenidən təşkil edildiyini və əks-hücum üçün əlavə dəstək göndərildiyini açıqlayıb.

Suriya prezidenti Bəşər Əsəd Hələb və İdlibdəki hadisələrə dair Abxaziyanın müvəqqəti prezidenti Badr Qanba ilə telefon danışığı zamanı “terroru ancaq güc vasitəsilə məğlub edəcəyik” deyə vurğulayıb. Əsəd həmçinin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed əl-Nahyanla da əlaqə saxlayıb və Suriya ərazilərinin bütün terrorçulara qarşı müdafiə olunacağını bir daha bəyan edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv