!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Surroqat anadan 19 uşaq – Milyarderdən şok addım

!Reklam – Yazi

Yaponiyada məhkəmə qərarı ilə milyarder Mitsuoki Siqetanın 13 uşağı özünə qaytarılıb.

Yenicag.az xəbər verir ki, Siqeta valideyn hüquqlarının yeganə sahibi olacaq. Artıq o, uşaqlar üçün dayə və tibb bacıları da tutub. Məhkəmə milyarderin keçmişdə də hər hansı bir cinayətdə əli olmadığını müəyyən edib.

2014-cü ildə polis Banqkok yaxınlığında yerləşən, 7 uşağın və surroqat ananın yaşadığı villa aşkarlayıb. Araşdırma nəticəsində məlum olub ki, uşaqların hamısının atası “Xikari Tsusin” şirkətinin yaradıcısı Yasmitsu Siqetanın oğlu 24 yaşlı Mitsuoki Siqetadır.

İstintaq nəticəsində milyarderin ümumilikdə 19 uşağının olduğu və hamısının surroqat ana tərəfindən dünyaya gəldiyi müəyyən edilib. Milyarder uşaqlardan 6-nı Kamboca və Yaponiyaya qaçırdıb. Qalanları isə sığınacaqlarda məhkəmə qərarını gözləyir. Hüquq-mühafizə orqanları Siqetanın insan və ya orqan alverində əli olduğunu düşünsələr də, bununla bağlı hər hansı bir fakta rast gəlinməyib.

Yapon milyarderin hər bir surroqat anaya 300 min bat (təxminən 16 min 200 AZN) verdiyi bildirilir.

COP29

www.yenicag.az

2066
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv