Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

yolsurHazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur.

“Məlumat üçün onu da bildirək ki, dünən axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti-hava limanı və Zığ-hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı saxlanılıb”, – deyə qurumdan bildirilib.

media-ziraat-728x90

Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

img1781844“Böyükşor qovşağından Heydər Əliyev Mərkəzi istiqamətində yol bağlıdır. Amma Heydər Əliyev Mərkəzindən Böyükşora gəlmək mümkündür”.

Bunu  Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyevin sözlərinə görə, Böyükşor qovşağından Heydər Əliyev mərkəzinə doğru şəhərə gediş bağlanıb və səhər saatlarından orada intensiv işlər həyata keçirilir.

”Hal-hazırda köhnə asfalt-beton örtüyünün qaşınması prosesi gedir. Bundan başqa səki daşları dəyişdiriləcək, ayırıcı zolaqda yaşıllıq tamamilə yenilənəcək, ümumiyyətlə təmirlə yanaşı geniş abadlıq işləri də aparılacaq”, – deyə P. Mürsəliyev bildirib.

Qurum rəsmisi onu da əlavə edib ki, qeyd olunan ərazidə işlər yekunlaşdıqdan sonra şəhərdən Böyükşor qovşağına gedən yolda təmir-abadlıq işlərinə başlanacaq.

apa.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600