Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

Sabah səhər saatlarından etibarən Dövlət Elektrik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Arenanın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən Starçük küçəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.

Bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yeniçağ.az

media-ziraat-728x90

Sürücülərin nəzərinə!

media-hightechnic-468x90

8c9b4879b67f31aed69da79eb5a99e69Bakının bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar sürət həddi aşağı salınıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev verdiyi açıqlamada bildirib ki, hava şəraiti nəzərə alınaraq Böyükşor – Hava limanı – Bilgəh, Zığ dairəsi – Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Sözügedən yollarda sürət həddi müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.

Qurum rəsmisi hava şəraiti dəyişən kimi sürət həddinin də yenidən əvvəlki vəziyyətə qaytarılacağını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600