!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərin nəzərinə: Bu yol bağlanır

!Reklam – Yazi

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Yenicag.az-a verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

Sürücülərdən bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.

COP29

www.yenicag.az

1883
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv