Sürücülərin nəzərinə: BU YOLLAR BAĞLANIR

media-hightechnic-468x90

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Bakı sakinlərinə müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə bildirilir ki, builki “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar olaraq trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, aprelin 6-dan 7-nə keçən gecə “Azneft” dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq və həmçinin burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.

Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 7-dən 8-ə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.

Həmçinin görülən hazırlıq işləri səbəbindən aprelin 9-u gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bundan başqa, aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər nəticəsində yaranan müvəqqəti çətinliyə görə üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir”, – deyə məlumatda vurğulanıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Sürücülərin nəzərinə! Bu yollar bağlanır

media-hightechnic-468x90

e2997efc721320b26796f22bd7503045Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Bu gün Bakının küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Bakı 2015 İlk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar bu gün saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Qeyd olunan müddət ərzində hava limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600