Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sürücünü döyərək, öz maşını ilə 200 metr sürüdülər - Azərbaycanda

Xızıda fabrik sürücüsünü döyərək, öz maşını ilə 200 metr sürüyüblər.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə “Giləzi Quşçuluq fabriki”ndə baş verib.

Belə ki, həmin fabrikdə sürücü kimi çalışan 1955-ci il təvəllüdlü Mail Məhərrəm oğlu Əliyev bir neçə şəxs tərəfindən döyülüb. Məlumata görə, M. Əliyev fabrikdə çalışan şəxslərlə mübahisə edib.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Həmin şəxslər sürücünü döydükdən sonra onu öz avtomobilinə bağlayaraq, təxminən 200 metr sürüyüblər.

63 yaşlı kişi ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

4274
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM